“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb
17 aprel 2018
# 12:13

Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlayıb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, loqotip Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında sərəncamlarına əsasən hazırlanıb.

Loqotipin müəllifi Zamir Murad oğlu Həmzəyevdir.

Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcədə Azərbaycan Xalq Cümhuriyyəti İli çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.

# 938 dəfə oxunub

Müəllifin son yazıları

# # #