Musa Yaqubun yeni şeirlər kitabı nəşr edildi

Musa Yaqubun yeni şeirlər kitabı nəşr edildi
14 noyabr 2019
# 13:10

Xalq şairi Musa Yaqubun “Gərək bu sözümü daşlara yazam” adlı kitabı nəşr olunub.

Kulis.az bildirir ki, Xalq şairinin kitabını Mədəniyyət Nazirliyi çap etdirib.

Kitab şairin 80 illik yubileyi münasibətilə işıq üzü görüb. Nəfis tərtibat və yüksək dizaynla çap olunmuş “Gərək bu sözümü daşlara yazam”da ustad şairimizin gənc yaşlarından indiyədək qələmə aldığı, dillər əzbərinə çevrilmiş çoxsaylı şeir və poemalarının bir qismi toplanılıb. 500 tirajla 456 səhifədə çap olunmuş kitab Renesans-A çap evində işıq üzü görüb. Buraxılışa məsul nazirliyin əməkdaşları Aslan Cəfərov və Ələddin Əsədzadədir.

Kitaba ön sözü filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə (Daşlara yazılan söz) və kitabın redaktoru, jurnalist-publisist Nəzirməmməd Zöhrablı (Şairlik Yaradandan payıdı Musa Yaqubun) yazıb.

Şairin yaradıcılığının böyük bir qisminə - əsas komponentlərinə ekskurs sayılacaq nəşr şeirlərdən ibarət beş hissəni və poemalar adlı bir bölümü əhatə edir. Mədəniyyət Nazirliyinin xəttilə ölkəmizin bütün kitabxanalarına paylanacaq poetik nümunə həmçinin hər bir soydaşımızın da stolüstü kitabına çevriləcəkdir.

# 2281 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #