[b]Fransanın kino ulduzu Əlcəzairə köçür[/b]

[b]Fransanın kino ulduzu Əlcəzairə köçür[/b]
21 fevral 2018
# 10:02

Fransanın kino ulduzu Jerar Depardye Əlcəzairdə yaşamağa qərar verib.

Kulis.azın verdiyi xəbərə görə, o, bu fikri "La Provence" qəzetinə verdiyi müsahibədə söyləyib: “Yaxın günlərdə Əlcəzairdə yaşamağa başlayacağam, ora möhtəşəm ölkədir.”

1830-cu ildəki Fransız işğalını kəskin tənqid edən 69 yaşlı aktyor “Əlcəzair xalqı zəkalı bir xalqdır. Onları əsarətə salanlar cahil idilər” söyləyib.

Xatırladaq ki, J.Depardye bundan əvvəl Belçikada yaşamışdı. 2013-cü ildə isə Rusiya vətəndaşlığını qəbul edərək orda yaşadı.

Bir müddət əvvəl, Əlcəzairdə ona məxsus 50 hektara yaxın üzüm sahəsi olduğunu bildirmişdi

# 942 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #