Rüstəm Behrudi xəstəxanaya yerləşdirildi

Rüstəm Behrudi xəstəxanaya yerləşdirildi
6 noyabr 2017
# 13:32

Tanınmış şair Rüstəm Behrudi özəl xəstəxanaların birinə yerləşdirilib.

Kulis.azın verdiyi xəbərə görə, şair bu saatlarda əməliyyat olunacaq.

Şairin həkimi Cəfər Nəsirli xəbəri yenicag.az-a təsdiqləyib:

"Bu dəqiqələrdə Rüstəm Behrudi əməliyyata hazırlanır. O, əzələ yırtığından əziyyət çəkir. İnşallah, əməliyyat uğurla keçəcək”.

Qeyd edək ki, Rüstəm Behrudi bundan öncə ağır ürək əməliyyatı da keçirib.

# 872 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #