Manera.Az saytının qalibləri elan olundu

Manera.Az saytının qalibləri elan olundu
25 aprel 2016
# 10:28

Aprelin 23-də "Akademkitab" kitab evində keçirilən ədəbi-bədii tədbirdə Manera.az saytının keçirdiyi müsabiqənin qalibləri elan olunub. Kulis.Az-ın verdiyi məlumata görə “Ən yaxşı hekayə", "Ən yaxşı şeir" , "Ən yaxşı tərcümə" nominasiyaları üzrə olub.

"Ən yaxşı hekayə" nominasiyası üzrə;

I yerin qalibi Azər Qismət - "Hamilə dəli" hekayəsi
II yerin qalibi Yaşar Bünyad - "General" hekayəsi
III yerin qalibi Vüsal Oğuz - "Nisyə" hekayəsi

"Ən yaxşı şeir" nominasiyası üzrə;

I yerin qalibi İsmayıl Məmmədov - "Müharibə xəbərləri və ölüm" şeiri
II yerin qalibi Tural Turan - "Od axşamı notları" şeiri
III yerin qalibi Oğuz Ayvaz - "Tanrının uşaq üzü" şeiri


"Ən yaxşı tərcümə" nominasiyası üzrə;

I yerin qalibi Səidə Ruslan - Lev Tolstoy "Çar və onun oğulları"
II yerin qalibi Taleh Eminoğlu - Frans Kafka "Hibrit"
III yerin qalibi Jalə Əsgərova - Bruce Stirling "Ölüm"

Qaliblərə pul mükafatı, diplom və müxtəlif hədiyyələr təqdim olunub.

Müsabiqəyə 400-ə yaxın iştirakçı qatılıb.

# 1416 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #