Çikaqoda Azərbaycan musiqisi gecəsi

Çikaqoda Azərbaycan musiqisi gecəsi
2 iyul 2018
# 10:25

Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə Çikaqo şəhərində gənc azərbaycanlı istedadların klassik musiqi gecəsi keçirilib.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi tərəfindən təşkil olunmuş tədbir Türk Amerika Mədəniyyət Alyansının binasında keçirilib.

Tədbirdən əvvəl çıxış edən gənc musiqiçilərin müəllimi Gülçöhrə Əliyeva uşaqların qısa müddət ərzində əldə etdikləri nailiyyətlər və musiqi proqramı barədə məlumat verib. Daha sonra Azərbaycan icmasının gənc üzvləri Maykl Naği (piano), Rassl Naği (piano), Nəzrin Məmmədova (piano), Ayxan Əzimov (piano), Məryəm Əzimova (piano), Leia Zarinebaf (piano), Araz Zarinebaf (ud, gitara və piano) və Sabir Əliyev (saksafon) musiqi proqramları ilə çıxış ediblər.

Azərbaycan icmasının aparıcı üzvlərindən olan Teymur Mehmandarov azərbaycanlı gənclərə uğurlar arzu edərək gələcəkdə bu cür tədbirlərə ədəbi şeir gecələrinin də əlavə olunmasının əhəmiyyətini qeyd edib. /azertag.az/

# 903 dəfə oxunub

Müəllifin son yazıları

# # #