Məşhur aktyor sənətdən imtina etdi

Məşhur aktyor sənətdən imtina etdi
22 iyun 2017
# 10:37

Dünya şöhrətli aktyor Daniel Day-Levis aktyorluqdan imtina etdiyini açıqlayıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, “Qandi”, “Mənzərəli otaq”, “Sol ayağım”, “Atam üçün”, “Qan töküləcək” kimi filmlərlə tanınan və üç Oskara layiq görülən aktyorun yaradıcılığı daha çox ABŞ-da köləliyi aradan qaldıran 16-cı prezidenti Abraham Linkolnu canlandırdığı obrazla xatırlanır.

Day-Levisin mətbuat xidmətinin rəhbəri Leslee Dartın mətbuata verdiyi məlumata görə, keçən həftə açıqlama verən aktyor bundan sonra filmlərdə rol almayacağını açıqlayıb: "Daniel Day-Levis bundan sonra aktyorluq etməyəcək. İllərdir yanında olan həmkarlarına və tamaşaçılarına minnətdardır. Bu qərar aktyorun öz qərarıdır” – deyə, Leslee Dart bildirib.

# 912 dəfə oxunub

Müəllifin son yazıları

# # #