Ben Afflek yeni filmə çəkilir

Ben Afflek yeni filmə çəkilir
3 avqust 2019
# 16:16

Amerika aktyoru Ben Afflek “9 ½ həftə” və “Lolita” filmlərinin rejissoru Edrian Laynın “Dərin sular” trillerində çəkiləcək. Filmdə Afflekin tərəf-müqabili Amerika aktrisası Ana De Armas olacaq.

Film Patrisiya Haysmitin eyniadlı romanının motivləri əsasında çəkiləcək.

Rejissor “Dərin sular” filminin çəkilişlərinə noyabrda başlamağı planlaşdırır. Hazırda o, aktyorlarla danışıqlar aparır. /azertag.az/

# 1613 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #