Pərvinlə görüş keçirildi

Pərvinlə görüş keçirildi
12 sentyabr 2017
# 16:14

Sentyabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda III Gənc Ədiblər Məktəbinin növbəti görüşü keçirilib. Kulis.azın verdiyi məlumata görə bu dəfəki görüşdə Yazıçılar Birliyinin idarə heyətinin üzvü, yazıçı Pərvin iştirak edib.

Pərvin yaradıcılığa gəlişindən, gənc ədiblərin onun həyatında oynadığı roldan, son vaxtlar nəşr olunan kitablarından söz açıb.

Həmçinin avqust ayında İstanbulda baş tutan Türk Dünyası Gənc Yazarların görüşündə iştirakından danışıb.

Görüşdə gənc şair Ramil Əhməd də iştirak edib.

Sonda yazıçı gənc qələm adamlarının suallarını cavablandırıb.

# 1235 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #