Xalq şairi Səməd Vurğun haqqında kitab çap olundu

Xalq şairi Səməd Vurğun haqqında kitab çap olundu
22 iyul 2026
# 16:12

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tanınmış publisist, politoloq və çoxsaylı tədqiqat kitabının müəllifi Reyhan Mirzəzadənin yeni kitabı çapdan çıxıb. Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilən nəşr "Böyük amallar və arzular şairi" adlanır.

Kulis.az xəbər verir ki, kitabda böyük şairimiz Səməd Vurğunun həyat və yaradıcılığından, eləcə də onun ömür səhifələrindəki indiyədək məlum olmayan faktlardan bəhs edilir.

Yeni nəşrdə Səməd Vurğunun dünya mədəniyyəti xəzinəsindəki xüsusi yeri, vətəndaş cəsarəti və bəşəri ədəbiyyata verdiyi yüksək dəyər geniş təhlil olunur. Bununla yanaşı, 1941–1945-ci illərdə alman faşizminə qarşı mübarizədə Vurğun poeziyasının qüdrətli təsir gücü, şairin fədakar fəaliyyəti, əbədi dostluq əlaqələri və müxtəlif xalqlara, millətlərə məxsus görkəmli şəxsiyyətlərin şair haqqında arxiv mənbələrində əksini tapan maraqlı xatirələr yer alıb.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər