Xalq artisti Rusiyada mükafata layiq görüldü

Elçin Əzizov, Xalq artisti

Elçin Əzizov, Xalq artisti

30 aprel 2022
# 10:15

Azərbaycanın Xalq artisti, Rusiya Böyük teatrının solisti Elçin Əzizov “BraVo” mükafatına layiq görülüb.

Kulis xəbər verir ki, “BraVo” Beynəlxalq Peşəkar Musiqi mükafatının builki laureatlarına qızılı not açarı təqdim olunub. Mükafatın təntənəli təqdimat mərasiminin aprelin 24-də Böyük teatrda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin mərasim sonradan təxirə salınıb və mükafatları onlayn formatda təqdim etmək qərara alınıb.

Elçin Əzizov klassik səhnənin ən populyar nümayəndələrindən biri kimi mükafata layiq görülüb.

Laureatlar arasında Rusiya, Belarus, Çin, Türkiyə, Misir və digər ölkələrin təmsilçiləri var.

# 1939 dəfə oxunub

Müəllifin son yazıları

# # #