Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib
31 oktyabr 2025
# 17:43

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xalq artistinin oğlu məlumat yayıb.

O deyib ki, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.

"Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var", - o qeyd edib.

Xəstəxanadan bildirilib ki, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib: "Mərkəzimizin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq".

# 130 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər