Rusiyanın Xalq artisti Qriqoriy Leps Ukraynada axtarışa verilib.
Kulis.az xəbər verir ki, bu addım Ukraynanın Ternopil vilayəti üzrə Təhlükəsizlik Xidməti tərəfindən atılıb.
Müvafiq məlumat Ukrayna Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib.
- Azərbaycan Abu-Dabi mədəniyyət günlərində
- “Ye, dua et, sev” kitabının müəllifi reaksiyalardan sonra kitabının nəşrini dayandırdı
- Qulu Məhərrəmli "Gələcəyə ön söz" yazdı - Yeni kitab
Belə ki, Ukrayna martda Lepsi qiyabi axtarışa vermişdi. Buna səbəb Lepsin Ukrayna Silahlı Qüvvələrinin hər məhv edilmiş tankına görə rus hərbçilərinə bir milyon rubl ödəmək vədi olub.