“Wednesday”in yeni mövsümünün yayımlanacağı tarix açıqlandı

“Wednesday”in yeni mövsümünün yayımlanacağı tarix açıqlandı
13 yanvar 2026
# 10:20

“Netflix” platforması Cenna Orteqanın baş rolunda çəkildiyi “Wednesday” serialı ilə bağlı yeni açıqlama verib.

Kulis.az xəbər verir ki, platforma layihənin üçüncü mövsümünün 2027-ci ildə tamaşaçılara təqdim olunacağını rəsmən təsdiqləyib.

Bildirilib ki, yayımla bağlı gecikmə şirkətin istehsal planlaması ilə əlaqəlidir.

Yeni mövsümdə aktyor heyətinə məşhur aktrisa Eva Qrin də daxil olacaq. O, serialda baş qəhrəmanın xalası Ofeliya obrazını canlandıracaq.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər