23–27 avqust tarixlərində Moskva Beynəlxalq Kino Həftəsi keçiriləcək.
Kulis.az xəbər verir ki, tədbirin əsas qonaqları rejissorlar Vudi Allen, Emir Kusturitsa və aktyor Mark Dakasqos olacaq.
Allen tədbirə onlayn qatılaraq tamaşaçılarla virtual görüş keçirəcək.
Proqramda açıq hava kinoseansları, yaradıcı görüşlər və xeyriyyə hərracı kimi bir sıra tədbirlər nəzərdə tutulub.
Qeyd edək ki, hərracda məşhur rus filmlərinin rekvizitləri satışa çıxarılacaq.