Milli Kitabxanada insan hüquqlarının təbliği və müdafiəsi məqsədilə “10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kulis.az xəbər verir ki, sərgilərdə beynəlxalq insan hüquqları haqqında, Heydər Əliyev və Azərbaycanda insan hüquqları, Azərbaycanın ən böyük insan haqları layihəsi – Qərbi azərbaycanlıların qayıdışı, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyəti, insan hüquqlarının praktik vəziyyəti, erməni riyakarlığı və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Insan_Huquqlari_gunu/index.htm linkindən istifadə edə bilərlər.