“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirildi

“Üzeyir Hacıbəyli və musiqi mirası”  adlı konsert tədbiri keçirildi
2 may 2025
# 11:20

Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib.


Kulis.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının dahi bəstəkarı, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq Üzeyir Hacıbəylinin dünya musiqisi tarixində tutduğu mövqeyini, musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərini gənc nəslə tanıtmaq, bu mədəni irsi qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, millət vəkili Mehriban Vəliyeva, tanınmış mədəniyyət və incəsənət nümayəndələri və digər rəsmilər iştirak ediblər. Konsert tədbirində ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrindən 400 nəfərdən çox tələbə də tamaşaçı qismində iştirak edib.

Tədbirdə təhsilalanların ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin unudulmaz əsərləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

# 113 dəfə oxunub

Müəllifin son yazıları

# # #