İranlı rejissor Məhəmməd Rəsulofun Kann Film Festivalında münsiflər heyətinin üzvü olmaq üçün ölkəsini tərk etməsinin qarşısı alınıb.
Kulis.az xəbər verir ki, məlumatı Radio France Internationale-nin (RFI) farsdilli xəbər xidməti yayıb.
Hesabatda deyilir ki, festival Rəsulofun fevral ayında səhhəti ilə əlaqədar Tehranın Evin həbsxanasından müvəqqəti olaraq azadlığa buraxılmasından sonra onun iştirakını təmin etməyə ümid edirdi.
- Nəsiminin qəzəlləri italyan dilində
- "Dördotaqlı mənzili Məmməd İsmayıla Anar təqdim edib" - Açıqlama
- Maykl Bey və Uil Smitdən yeni film
Xatırladaq ki, rejissorun Kann Film Festivalı ilə uzun müddətdir əlaqələri var . Onun "Manuscripts Don't Burn" (2013) və “A Man of Integrity” (2017) filmlərinin dünya premyerası 2013 və 2017-ci illərdə “Un Certain Regard”da keçirilib və müvafiq olaraq FİBRESCİ və "Ən yaxşı film" mükafatlarını qazanıb.