Ulucay Akif: "Qurultayda iki təklifim müzakirə olundu"

Ulucay Akif:  "Qurultayda iki təklifim müzakirə olundu"
7 noyabr 2023
# 15:09


Xəbər verdiyimiz kimi, Ankara Milli Kitabxanasında 5-ci Türk Dünyası Yazarlar Qurultayı keçirilir.

Kulis.az-ın baş redaktoru, şair Ulucay Akifin qurultayla bağlı təəssüratlarını təqdim edirik:

“Ümidverici qurultay oldu. Mövcud problemlərin həlli üçün təkliflər verildi. Əsas məsələlərdən biri ortaq ünsiyyət dilinin yaradılması idi".

Ulucay Akifin sözlərinə görə, qurultayda tərcümə və müəlliflik hüququ məsələsinə də toxunulub:

"Mənim də iki təklifim müzakirə olundu və qurultayın gündəminə çıxarıldı. Bir təklifim türk xalqlarının vahid tərcümə mərkəzinin yaradılması, digər təklifim isə ortaq ədəbiyyat və mədəniyyət saytnın təşkil olunması ilə bağlı idi. Yəqin ki, müzakirə edilən tərcümə və müəlliflik hüququ ilə bağlı problemlər tezliklə həll olunacaq.”.

Qeyd edək ki, qurultayda 20 ölkədən 100-ə yaxın elm xadimi, şair və yazıçı iştirak edir.

# 700 dəfə oxunub

Müəllifin son yazıları

# # #