Ukraynalı yazıçı, şair, jurnalist Vitaliy Korotıç vəfat edib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Qordon” nəşrinin yaradıcısı Dmitriy Qordon özünün İnstaqram səhifəsində məlumat verib.
90 yaşlı yazıçının bu gün vəfat etdiyi vurğulanıb.
Qeyd edək ki, V.Korotıç 1986-1991-ci illərdə “Oqonyok” jurnalının baş redaktoru olub.