Ukraynalı aktyor Rusiyanın bombalaması nəticəsində həlak oldu

Ukraynalı aktyor Rusiyanın  bombalaması nəticəsində həlak oldu
30 sentyabr 2025
# 09:56

Ukraynalı aktyor, musiqiçi və könüllü Andrey Neskubin döyüşlərdə həlak olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun fəal iştirakçısı olduğu “Şelter Plyus” mədəni-ictimai mərkəzi “Facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, 33 yaşlı Neskubin 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub, bir neçə dəfə yaralanıb və əməliyyat olunub. Lakin son günlərdə tapşırıq icrası zamanı Rusiya aviasiya bombasının zərbəsi nəticəsində həyatını itirib.

“Şelter Plyus”un paylaşımında qeyd olunub ki, o, iki il ərzində ön cəbhədə vuruşub, yaralanmalardan sonra əməliyyat keçirib, lakin 12 kilometr arxada yerləşən qərargahda növbə çəkərkən bomba partlayışı nəticəsində həlak olub.

Qeyd edək ki, daha əvvəl Ukraynalı aktyor, 48 yaşlı Pyotr Velikinin də cəbhədə öldüyü bildirilmişdi.

# 66 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər