Uil Smit üzr istədi: “Çox utanıram”

Uil Smit, aktyor

Uil Smit, aktyor

29 mart 2022
# 10:21

Xəbər verdiyimiz kimi, Los-Ancelesdə keçirilən 94-cü Oskar mükafatlandırma mərasimində qalmaqal yaşanmışdı.

Aktyor Kris Rok çıxışı zamanı Uil Smitin həyat yoldaşının qısa saçları ilə bağlı zarafat etmiş və bundan sonra Smit səhnəyə qalxaraq Roka şillə vurmuşdu.

Kulis.az myseldon.com-a istinadən xəbər verir ki, Uil Smit öz sosial media hesabında etdiyi hərəkətə görə aktyor Kris Rokdan üzr istəyib.

"Özümü itirdim və bu, səhv idi. Çox utanıram və hərəkətlərim olmaq istədiyim insana xas deyildi”.

# 1745 dəfə oxunub

Müəllifin son yazıları

# # #