Tutanxamonun "lənətlənmiş" heykəlciyi Londonda hərracda

Tutanxamonun "lənətlənmiş" heykəlciyi Londonda hərracda
5 avqust 2025
# 10:00

Misirin məşhur uşaq fironu Tutanxamonun məzarından götürüldüyü iddia edilən kiçik bir çəyirtkə heykəlciyi Londonda hərraca çıxarılıb.

Kulis.az xəbər verir ki, fildişi qanadlı, boyalı taxtadan hazırlanmış bu əsərin 500 min funt sterlinqə alıcı tapacağı gözlənilsə də, 340 min funt sterlinə satılıb.

Heykəlciyin satışı, onun mənşəyi və etik mübahisələr səbəbilə geniş müzakirələrə səbəb olub.

Mütəxəssislər əsərin Misirə aid olduğunu vurğulayaraq geri qaytarılmalı olduğunu bildirirlər.

Satışı təşkil edənlər isə heykəlin oğurlanmadığını və "təmiz sənəd"ə sahib olduğunu açıqlayıb.

Qeyd edək ki, bu kimi hallar tarixi əşyaların beynəlxalq ticarətindəki hüquqi boşluqları da gündəmə gətirir.

# 113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər