TÜRKSOY-un 30 illiyi münasibətilə silsilə materiallar hazırlandı

TÜRKSOY-un 30 illiyi münasibətilə silsilə materiallar hazırlandı
12 iyul 2023
# 11:50

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında TÜRKSOY-un yaranmasının 30 illiyi münasibətilə silsilə materiallar hazırlanıb.

Kulis.az xəbər verir ki, iyulun 12-si Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un yarandığı gündür. Beynəlxalq təşkilatın yaranmasının 30 illiyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən bu günün tarixini, inkişaf yolunu özündə əks etdirən geniş videomaterial, biblioqrafiq vəsait və ənənəvi sərgi hazırlanıb.

“TÜRKSOY 30” adlı videomaterialda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının yaranma tarixindən bugünə qədər olan inkişaf yolu, təşkilatın yaradılma məqsədi, üzv ölkələri olan türkdilli ölkələrin birliyi, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, Azərbaycan ilə birgə layihələri haqqında məlumat verilir. Videomaterialda həmçinin Şuşa şəhərinin 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Şuşa şəhərində keçirilən Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi haqqında məlumatlar da əks olunur.

“Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 30” adlı biblioqrafik vəsaitdə TÜRKSOY haqqında ümumi məlumat, Türk xalqları arasında qarşılıqlı mədəni əlaqələrin yeni ənənələri, Türk dövlət başçılarının zirvə toplantıları, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Daşkənddə TÜRKSOY-un baş katibi ilə görüşü kimi məlumatlar təqdim olunur. Biblioqrafik vəsaitdə “Türk dünyasının birliyi ideyası və Heydər Əliyev”, “Heydər Əliyev və Türk dünyası”. “TÜRKSOY obyektivindən Azərbaycan”, “Türk xalqlarının kitab və kitabxana mədəniyyətinin mənbəşünaslığı”, “Türk xalqları ədəbiyyatı oçerkləri”, “Ne mutlu türküm diyene”, “Türkiye ve Türk cumhuriyyetleri”. “Türk dünyası somut olmayan kültürel mirasları enventar çalışması” kimi Azərbaycan və türk dillərində olan kitabların biblioqrafik təsvirləri yer alıb.

Qeyd edək ki, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı” adlı ənənəvi sərgi açılıb. Sərgidə mövzuya dair kitablar və dövrü mətbuat materialları sərgilənməkdədir.

# 544 dəfə oxunub

Müəllifin son yazıları

# # #