Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi
6 avqust 2026
# 14:30

Türkiyəli ssenarist, yazıçı və şair Bilgesu Erenus 83 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, teatr ədəbiyyatında dərin iz qoyan, bərabərlik və azadlıq mübarizəsi ilə tanınan sənətkar üçün avqustun 8-də İstanbuldakı “Harbiye Muhsin Ertuğrul Səhnəsi”ndə vida mərasimi keçiriləcək.

"El Kapısı", "Misafir", "Güneyli Bayan", "Yaftalı Tabut" kimi tanınmış pyeslərin müəllifi olan Bilgesu Erenusun əsərləri “Ankara Sənət Teatrı”, “İstanbul Şəhər Teatrları” və “Dövlət Teatrları” kimi mötəbər səhnələrdə tamaşaya qoyulub, bir sıra xarici dillərə tərcümə edilib.

Qeyd edək ki, dramaturq teatrla yanaşı, roman, tədqiqat əsərləri və ssenarilər də qələmə alıb, onun ssenariləri əsasında "Devlerin Ölümü" və "Bir Tren Yolculuğu" kimi filmlər çəkilib.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər