Türkiyənin İstanbul şəhərində yerləşən “BeIN Sports” kanalının Ayazağadakı televiziya binasına silahlı basqın edilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, basqın edən şəxs polislər tərəfindən binadan çıxarılıb.
Qeyd edək ki, hazırda əraziyə polis və təcili yardım briqadaları cəlb olunub.