Türkiyədə 7800 yaşı olan heykəlcik tapıldı

Türkiyədə 7800 yaşı olan heykəlcik tapıldı
9 avqust 2022
# 14:00

Türkiyədə 7800 il əvvələ aid gil heykəlcik tapılıb.

Kulis.az xəbər verir ki, Türkiyənin İzmir vilayətində aparılan qazıntı işləri zamanı 7800 il əvvələ aid qadın fiqurlu gil heykəlcik aşkar edilib.

Qazıntı qrupunun rəhbəri Özlem Çevik bildirib ki, əvvəllər belə heykəlciklər tapılsa da onları qırıq vəziyyətdə olurdu. Bu yeni heykəlcik bizim üçün çox əhəmiyyətlidir, çünki tapdığımız üçüncü bütöv heykəlcikdir.

Ö.Çevik heykəlciklərin doğum, ölüm, məhsul yığımı kimi hadisələrlə əlaqəli ola biləcəyini, bolluğu və məhsuldarlığı artırmaq və ya müxtəlif sehrli rituallar üçün istifadə edilə biləcəyini ifadə edib.

# 926 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #