Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək
7 noyabr 2026
# 13:01

İstanbulda keçiriləcək “Timeless Treasures” sərgisində dünya şöhrətli 55 lüks brendin Anadolu mədəni irsindən ilhamlanaraq hazırladığı 80 çanta dizaynı nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, sərginin ən diqqətçəkən eksponatlarından biri isə 1886-cı ildə Sultan II Əbdülhəmid üçün Parisdə xüsusi olaraq əllə hazırlanan tarixi "Louis Vuitton" sandıq-çamadanıdır.

Noyabrın 8-dən etibarən "Beymen Tersane" məkanında ziyarətçilərə açılacaq layihə, gənc türk dizaynerlərinin işlərinə də yer ayıraraq ənənəvi zərgərlik və toxuculuq sənətini müasir dəblə birləşdirir.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər