Tramvay deposu və dizel stansiyası muzeyə çevrildi

Tramvay deposu və dizel stansiyası muzeyə çevrildi
10 sentyabr 2026
# 11:30

Özbəkistanın Daşkənd şəhərində 1912-ci ilə aid keçmiş tramvay deposu və dizel stansiyasının binası bərpa edilərək Özbəkistanın ilk daimi Müasir İncəsənət Mərkəzinə çevrilib.

Kulis.az xəbər verir ki, Fransanın "Studio KO" memarlıq bürosu tərəfindən yenidən layihələndirilən məkan sərgilər, tədqiqat və təhsil proqramları üçün nəzərdə tutulub.

Mərkəz fəaliyyətinə yerli və əcnəbi sənətçilərin işlərindən ibarət "Hikmah" adlı ilk sərgisi ilə başlayıb.

Qeyd edək ki, açılışda Özbəkistan Prezidenti Şövkət Mirziyoyev və Quqqenhaym Fondunun rəhbəri Mariet Vestermann iştirak ediblər.








# 63 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər