Qazaxıstanlı məşhur aktyor Murat Bisembin 53 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Kazannews” aktyorun qızına istinadən məlumat yayıb.
Aktyorun qızı atasının uzun müddətdir kimyaterapiya və immunoterapiya da daxil olmaqla müalicə aldığını bildirib.
Qeyd edək ki, Murat Bisembin məhşur “Tomris” filimdə baş rollardan biri olan Sparqap obrazını canlandırıb.