Tarixi Vilyena xəzinəsi qarət edildi

Tarixi Vilyena xəzinəsi qarət edildi
27 avqust 2026
# 17:50

İspaniyanın Alikante vilayətindəki Vilyena Muzeyindən (MUVI) Avropanın Tunc dövrünə aid ən dəyərli tapıntılarından biri sayılan tarixi Vilyena xəzinəsi qarət edilib.

Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər kənarında saxta siqnalizasiya ilə polisin diqqətini yayındıran peşəkar oğrular cəmi 4 dəqiqə ərzində pəncərələri aşaraq 59 ədəd tarixi eksponatı və 3 müqəddəs tacı ələ keçiriblər.

Təhlükəsizlik qüvvələri hadisə yerinə çatanda cinayətkarlar artıq qaçmış, geridə isə yalnız bir neçə xırda əşya qalmışdı.

Dəyəri 1,5 milyon avrodan çox qiymətləndirilən xəzinənin tapılması üçün genişmiqyaslı istintaq-axtarış əməliyyatı başladılıb.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər