Tanınmış rejissor şəxsi əşyalarını Servantes İnstitutuna verdi - Səbəb

Tanınmış rejissor şəxsi əşyalarını Servantes İnstitutuna verdi - Səbəb
15 sentyabr 2026
# 09:25

Tanınmış katalonoyalı rejissor İsabel Koixet gələcəkdə açılması nəzərdə tutulan Servantes İnstitutunun "Hərflər Kassası"na ("Caja de las Letras") son dərəcə şəxsi və nostalji xarakter daşıyan əşyalarını – "Bic" markalı qələm, 18 mahnıdan ibarət kaset və xüsusi məktubunu verib.

Kulis.az xəbər verir ki, rejissor 2076-cı ildə açılacaq bu qutuya qoyduğu məktubunda süni intellekti, eləcə də qlobal ekosidi sərt şəkildə tənqid edib, eyni zamanda itmək üzrə olan ənənəvi dəyərlərə və sadə həyata diqqət çəkib.

Madrid Yayımçılar Birliyinin "Antonio de Sancha 2026" mükafatına layiq görülən sənətçi yaradıcılığı boyu ədəbiyyata, kitablara və mədəni müqavimət sahələrinə xüsusi önəm verib.

Çoxsaylı nüfuzlu mükafatların Koixetin bu addımı həm də onun zəngin kino karyerasının və sənət yolunun mühüm mərhələlərindən biri kimi qiymətləndirilib.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər