Türkiyə musiqi tarixinin məşhur simalarından olan Bülənt Ərsoy və Seyyal Tanerin ilk işlərini ərsəyə gətirən tanınmış musiqi prodüseri Nazmi Şenel dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, o, dövrünün məşhur səs yazma şirkətlərindən olan "Saner Müzik" başda olmaqla, "Kent", "Yankı", "Yankı Müzik Yapım" kimi bir çox şirkətdə rəhbər və prodüser vəzifələrində çalışıb.
1960-cı illərdən etibarən Türkiyə musiqi sənayesinin formalaşmasında mühüm rol oynayan Nazmi Şenel, xüsusilə “Unkapanı” valçılıq dövrünün ən nüfuzlu prodüserlərindən biri hesab olunurdu.
Qeyd edək ki, sənətçi karyerası ərzində pop, klassik türk sənət musiqisi və hətta Türkiyədəki alternativ musiqi janrlarının yaranmasında kritik xidmətlər göstərib.
Media
-
Ana səhifə
- Media