Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi
26 avqust 2026
# 17:00

Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilən 83 yaşlı məşhur macar yazıçısı, dramaturq və esseist Peter Nadas bu gün səhər saatlarında evində vəfat edib.

Kulis.az xəbər verir ki, "Kossuth" və "József Attila" mükafatları laureatı olan sənətkar müasir Macarıstan və Avropa ədəbiyyatının ən vacib nümayəndələrindən biri hesab olunurdu.

1942-ci ildə Budapeştdə anadan olan yazıçı karyerasına fotojurnalist və müxbir kimi başlayıb, daha sonra romanları, hekayələri və esseləri ilə beynəlxalq aləmdə böyük şöhrət qazanıb.

Onun əsərləri şəxsi yaddaş, tarix, bədən və insan münasibətlərini dərin dəqiqliklə işləyən bədii dili ilə seçilirdi.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər