Tanınmış jurnalist Vasif Səmədov vəfat etdi

Tanınmış jurnalist Vasif Səmədov vəfat etdi
29 aprel 2024
# 15:00

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib.

Kulis.az xəbər verir ki, Azərbaycanın əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib.

O, “Azərbaycan pioneri”, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, “Azərbaycan gəncləri”, “Kommunist”, “İzvestiya”, “Possiyski fermer”, “Oqonyok” və “Literaturnaya qazeta” kimi məşhur mətbuat orqanlarında çalışıb. Vasif Səmədov “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri olub. O, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və baş direktoru olub.

Vasif Səmədovun adı Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabına daxil edilib.

# 310 dəfə oxunub

Müəllifin son yazıları

# # #