Tanınmış italyan ifaçı vəfat etdi

Tanınmış italyan ifaçı  vəfat etdi
6 avqust 2026
# 17:20

Tanınmış italyan bəstəkar-müğənni Françesko Quçini 86 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun ailəsi rəsmi məlumat yayıb.

Sənətçi Sambuka Pistojeze bələdiyyəsinə daxil olan Pavana kəndindəki evində dünyasını dəyişib.

Quçininin vəsiyyətinə uyğun olaraq dəfn mərasimi yalnız yaxınlarının iştirakı ilə qapalı şəraitdə keçiriləcək.

Sentyabr ayında isə musiqiçinin xatirəsini yad etmək üçün ictimaiyyətə açıq anım mərasiminin təşkili planlaşdırılır.

1940-cı ildə Modenada anadan olan Françesko Quçini peşəkar musiqi karyerasına 1967-ci ildə işıq üzü görən "Folk beat n. 1" albomu ilə başlayıb.

Onun "Auschwitz", "Dio è morto", "Canzone per un’amica", "Radici" və "Amerigo" kimi məşhur mahnıları İtaliya musiqi tarixinin qızıl fonduna daxil olub.

Qeyd edək ki, musiqi ilə yanaşı, roman və esse müəllifi, ssenarist və aktyor kimi də tanınan Quçini uzun illər “Boloniya Universiteti”ndə dərs deyib və bir çox nüfuzlu mükafatlara, o cümlədən "Premio Tenco" və fəxri doktorluq dərəcəsinə layiq görülüb.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər