Tanınmış bloqer məhkəməyə verildi

Tanınmış bloqer məhkəməyə verildi
21 iyul 2025
# 10:50

Məşhur bloqer Con Prosser “Apple” şirkətininn sirlərini mənimsəməkdə və paylaşmaqda ittiham edilir.

Kulis.az xəbər verir ki, nəhəng texnologiya şirkəti hələ təqdim olunmamış əməliyyat sistemi “iOS 26” əməliyyat sisteminə dair bilgilərin sızdırılmasına görə bloqerə qarşı rəsmi məhkəmə idiası qaldırıb.

Şirkətin iddiasına görə, Con sözügedən şirkətin əməkdaşına məxsus telefonu əldə edib və onu dostunun köməyilə kiliddən çıxarmaqla mühüm detalları yayımlayıb.

Qeyd edək ki, “Apple” məsul şəxsin qanunsuz davranışına görə cəzalandırılmasını və gələcəkdə bu kimi halların qarşısının alınması üçün presedent yaradılmasını tələb edir.

# 205 dəfə oxunub

Müəllifin son yazıları

# # #