Tanınmış azərbaycanlı rəssam Marqarita Kərimova-Sokolova Kann şəhərində “Renuar – incəsənətin böyük interpretatoru” beynəlxalq mükafatına layiq görülüb.
Kulis.az xəbər verir ki, hazırda Almaniyada yaşayan və fəaliyyət göstərən soydaşımız müsabiqəyə “Eva” əsəri ilə qatılıb.
Qeyd edək ki, mükafat incəsənət tarixinin ən parlaq və nüfuzlu simalarından biri olan Pyer-Ogyust Renuara ehtiramın ifadəsi kimi təsis edilib.