Tanınmış aparıcı təyyarə qəzasında həlak oldu

Tanınmış aparıcı təyyarə qəzasında  həlak oldu
22 sentyabr 2025
# 18:32

Meksika televiziyasının tanınmış siması, 43 yaşlı xəbər aparıcısı Debora Estrella uçuş dərsi zamanı qəzaya uğrayan yüngül təyyarədə həyatını itirib.

Kulis.az xəbər verir ki, qəza Nuevo Leon ştatının Qarsiya şəhərində baş verib. Təyyarəni idarə edən pilot Bryan Ballesteros da dünyasını dəyişib.

Faciədən saniyələr əvvəl Debora Instagram-da təyyarənin şəklini paylaşaraq “Tapın görün nə?” yazmışdı. Uçuş Monterrey-Del Norte Beynəlxalq Hava Limanından başlayıb.

Qarsiya bələdiyyə başçısı hadisəni təsdiqləyib, iki nəfərin öldüyünü bildirib. Deboranın həmkarları və dostları onu həyat dolu insan kimi xatırlayaraq kədərli mesajlar paylaşıblar. Pilot Ballesterosun keçmiş tələbələri də ona sosial şəbəkələrdə vida mesajları yazıblar. Lent.az

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər