Tanınmış amerikalı ssenarist vəfat etdi

Tanınmış amerikalı ssenarist vəfat etdi
19 sentyabr 2025
# 10:50

Amerikalı ssenarist və prodüser Con Masius 75 yaşında Los-Ancelesdə vəfat edib.

Kulis.az xəbər verir ki, onun ölüm səbəbi 9 ay davam edən amiyotrofik lateral skleroz (ALS) xəstəliyi olub.

Masius “Sent-Elsvher”, “Mələklə toxunuş” və “Providens” kimi məşhur serialların müəllifidir.

O, iki dəfə "Emmi" mükafatına layiq görülüb.

Qeyd edək ki, ssenaristin son işi “Xotorna bacı” serialı olub.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər