“Tağıyev: Neft” filmi Azərbaycanın Oskar mükafatına rəsmi namizədi seçilib

“Tağıyev: Neft” filmi Azərbaycanın Oskar mükafatına rəsmi namizədi  seçilib
20 oktyabr 2025
# 14:00

“Tağıyev: Neft” filmi Kino Sənəti və Elmləri Akademiyasının “Oskar” mükafatının “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyası üzrə ölkəmizdən rəsmi namizəd elan edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə filmin rejissoru Zaur Qasımlı bildirib.

Rejissorun sözlərinə görə, film Azərbaycan Film Akademiyası tərəfindən ilin ən yaxşı bədii filmi seçilib və “Oskar” mükafatına namizəd kimi təqdim olunub.

“Hazırda 90 film arasında yer almışıq. Dekabr ayında bu filmlərdən 16-ı seçiləcək, yanvar ayında isə 5 film müəyyənləşdiriləcək. Sonda həmin 5 filmin yaradıcı heyəti Los-Ancelesə dəvət olunacaq və bu filmlər laureat hesab ediləcək”, – Zaur Qasımlı bildirib.

Xatırladaq ki, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. “Tağıyev: Neft” güclü yaradıcı komandanın birgə əməkdaşlığının nəticəsidir.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri isə İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır.

# 166 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər