Şuşada Vaqif Poeziya Günləri keçirilir

Şuşada Vaqif Poeziya Günləri  keçirilir
22 iyul 2025
# 18:45

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri ilə bağlı tədbirlər Şuşa şəhərində davam etdirilir.

Kulis.az xəbər verir ki, tədbirin açılışı Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında olub.

Xalq yazıçısı Anarın çıxışı ilə tədbir açıq elan edilib.

Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edib.

Mədəniyyət naziri Adil Kərimlinin də iştirak etdiyi tədbirdə Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovun da çıxışı baş tutub.

Bir çox tanınmış ədəbiyyat və incəsənət adamlarının olduğu tədbir iki gün davam edəcək.

Qeyd edək ki, Vaqif Poeziya Günləri iyulun 14-də Qazaxda başlayıb, 15-də Gəncədə, 16-da isə Ağdamda davam etdirilib.

# 228 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #