"Supermen"in ilk komiksi rekord qiymətə satıldı

"Supermen"in ilk komiksi rekord qiymətə satıldı
27 noyabr 2025
# 11:03

Amerikada keçirilən hərracda komiks dünyası üçün nadir sayılan bir hadisə baş verib.

Kulis.az xəbər verir ki, “Supermen”in macəralarını əks etdirən ilk komiks nüsxəsi 9,12 milyon dollara satılıb.

Sözügedən nüsxə hərrac tarixinin ən yüksək qiymətə satılan komikslərindən biri hesab olunur.

Maraqlısı budur ki, 1939-cu ilə aid bu orijinal buraxılış ötən il təsadüf nəticəsində üzə çıxıb. San-Fransiskoda yaşayan üç qardaş mərhum analarının evini yığışdırarkən çardaqda köhnə qəzetlər və hörümçək torları arasında karton qutuya yığılmış altı komiks tapıblar. Onların içində ən qiymətlisi məhz “Superman №1” olub.

“Heritage Auctions” nümayəndələrinin sözlərinə görə, nüsxə inanılmaz dərəcədə yaxşı qorunub və Şimali Kaliforniyanın sərin havası bu cür materialların uzunömürlülüyünə ciddi təsir göstərir. Komiks ekspertlər tərəfindən 10 bal üzərindən 9,0 bal ilə qiymətləndirilib ki, bu da əvvəlki rekord göstərici olan 8,5 balı geridə qoyur.

Məlumata görə, qardaşların anası bu komiksləri Böyük Depressiya ilə İkinci Dünya Müharibəsi arasındakı dövrdə alıbmış. O, övladlarına kolleksiyasının dəyərindən tez-tez bəhs etsə də, onları heç vaxt göstərməyib.

Qeyd edək ki, ötən il “Supermen”in 1938-ci il tarixli “Action Comics №1” komiksi 6 milyon dollara satılmışdı.

# 57 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər