Süni intellektə günlük 2.5 milyard əmr

Süni intellektə günlük 2.5 milyard əmr
30 iyul 2025
# 11:50

"OpenAI" açıqlayıb ki, hər gün "ChatGPT"yə orta hesabla 2,5 milyard əmr göndərilir.

Kulis.az xəbər verir ki, bu, saniyədə təxminən 29.000 sorğu deməkdir.

Təkcə ABŞ -da gündəlik təxminən 330 milyon istifadə var. Bu o deməkdir ki, insanlar indi günlərini təşkil etmək, yazılarını tamamlamaq və bəzən sadəcə problemləri haqqında söhbət etmək üçün "ChatGPT"dən istifadə edirlər.

Qeyd edək ki, bu texnologiyanın istifadəsi hələ qlobal doyma səviyyəsinə çatmayıb. Bu o deməkdir ki, gündəlik 2,5 milyard əmr yalnız başlanğıcdır və gələcəkdə daha da artacaq.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

# # #