Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir
29 avqust 2026
# 14:35

Qorxu ədəbiyyatının ustadı Stiven Kinqin 1980-ci ildə işıq üzü görən "Crouch End" adlı hekayəsi "Prime Video" platforması tərəfindən altı seriyalıq mini seriala uyğunlaşdırılır.

Kulis.az xəbər verir ki, hadisələrin Londonda cərəyan etdiyi yeganə Kinq əsəri olan bu layihə, eyni zamanda yazıçının yaradıcılığından Böyük Britaniyada çəkilən ilk ekran işi kimi tarixə düşəcək.

H.P. Lavkraftın qorxu mifologiyasından izlər daşıyan süjet xətti həyat yoldaşının müəmmalı şəkildə yoxa çıxmasından sonra polisə müraciət edən məşhur aktrisanın və hadisəni araşdıran müfəttişin qarşılaşdığı dəhşətli sirlərdən bəhs edir.

Qeyd edək ki, ssenarisini Pol Tomalinin yazdığı, rejissorluğunu isə Tom Şenklandın öhdəsinə götürdüyü serial üçün artıq aktyor seçimlərinə başlanılıb.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər