Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı
26 may 2026
# 11:30

Rusiya Kitab İttifaqı (RKİ) Eduard Limonovun iki əsərini tərkibində narkotik vasitələrin adları çəkilən və xüsusi markalanma tələb olunan yenilənmiş ədəbiyyat siyahısına daxil edib.

Kulis.az xəbər verir ki, bu barədə Rusiyanın "Vedomosti" nəşri məlumat yayıb.

Məlumata görə, qadağa siyahısına yazıçının "Sıraxda: Sənaye zonasında roman" və əvvəllər itmiş hesab edilən "Mayda Moskva" romanları daxil edilib. Hər iki kitab "Alpina non-fikşn" nəşriyyatı tərəfindən çap olunub.

Bundan əlavə, yeni siyahıda daha bir neçə diqqətçəkən əsər yer alıb:

Aleksey İvanov – "Bluda və Mudo"

Mixail Şifrin – "Təbabət tarixindən 100 hekayə"

Robert Sapolski (neyroendokrinoloq) – "Primatın qeydləri: alimin pavianlar arasında qeyri-adi həyatı"

Qeyd edək ki, bu ilin martın 1-dən etibarən Rusiyada "Narkotik vasitələr və psixotrop maddələr haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib. Yeni qaydalara əsasən, tərkibində narkotik maddələrin adları çəkilən əsərlərin yayılmasına görə həm cinayət, həm də inzibati məsuliyyət nəzərdə tutulur.

Böyük cərimələrdən yaxa qurtarmaq və sistemli bir yanaşma formalaşdırmaq məqsədilə nəşriyyatlar özləri bu təhlükəli siyahını tərtib ediblər. Hazırda xüsusi markalanma tələb olunan kitabların siyahısı Rusiya Kitab İttifaqının rəsmi saytında dərc olunub.

Xatırladaq ki, "qara siyahı" yalnız yerli müəlliflərlə məhdudlaşmır. Siyahıya Viktor Pelevin, Sergey Lukyanenko, eləcə də dünyaşöhrətli Stiven Kinq, Çak Palanik və Haruki Murakami kimi müasir yazıçıların əsərləri daxil edilib. Bundan başqa, 1990-cı il avqustun 1-dən sonra nəşr olunan bir çox klassik ədəbiyyat nümunələrinin tərcümələri də bu qadağağa məruz qalıb. Ümumilikdə siyahıda 2379 əsər yer alır.

# 82 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər