Şıxəli Qurbanovun 100 illiyi münasibətilə elektron toplu hazırlanıb

Şıxəli Qurbanovun 100 illiyi münasibətilə elektron toplu hazırlanıb
20 avqust 2025
# 14:30

Görkəmli dramaturq, yazıçı, filoloq-alim, dövlət xadimi Şıxəli Qurbanovun (1925–1967) anadan olmasının 100 illiyi münasibətilə elektron toplu hazırlanıb.

Kulis.az xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında hazırlanan məcmuə istifadəçilərə təqdim edilib.

Elektron məlumat bazasında Şıxəli Qurbanovun həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, Əməkdar elm xadimi Əziz Mirəhmədovun “Şıxəli Qurbanov fenomeni” və filologiya elmlər doktoru Ramin Əhmədovun “Unudulmaz şəxsiyyət: Şıxəli Qurbanov” kimi məqalələrinin tam mətni təqdim edilib.

Qeyd edək ki, kitabxana əməkdaşları tərəfindən yazıçının yubileyi ilə əlaqədar videomaterial da hazırlanıb.

# 60 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər