Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında

Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
2 iyul 2025
# 15:45

Azərbaycanın böyük şairi və görkəmli maarifçisi Seyid Əzim Şirvaninin 190 illiyi Respublika Gənclər Kitabxanasında qeyd olunub.


Kulis.az xəbər verir ki, “Böyük şair, görkəmli maarif xadimi - Seyid Əzim Şirvani” adlı videomaterialda Seyid Əzim Şirvaninin gənclik illəri, mükəmməl təhsili, ilk yaradıcılıq nümunələri, pedaqogika və mətbuat sahəsindəki fəaliyyəti haqqında dolğun məlumat verilib.

Qeyd edək ki, Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Prezidentinin Sərəncamına müvafiq olaraq Gənclər Kitabxanasının rəsmi saytında “Seyid Əzim Şirvani - 190” adlı elektron resurslar bazası yaradılıb.

# 82 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #