Sevdim, Allaha bənzədim – Günün şeiri

Sevdim, Allaha bənzədim – Günün şeiri
1 oktyabr 2022
# 10:00

Bu gün tanınmış şair Vaqif Bayatlı Odərin doğum günüdür. Kulis.az bu münasibətlə onun “Sevdim, Allaha bənzədim” şeirini təqdim edir.

Sevdim, Allaha bənzədim,
Öldüm, sevgimi bəzədim,
Mən səni min il gözlədim,
Sevdim keçdim təzə minə.

Kim sevmirsə, demək gülmür,
Sevib gül olmayıb hələ,
Bəlkə Allah görmür onu,
Bəlkə doğulmayıb hələ.

Ancaq eşqdən bir dünyayçün
Ölümü də sevib ötdüm,
Ölümüm də döndü gülə,
Hər iki dünya! Mən getdim
Xoşca qalın! Gülə-gülə!

# 2127 dəfə oxunub

Müəllifin son yazıları

# # #