Şərif Ağayarın “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olacaq

Şərif Ağayarın “Mənim tanıdığım Ələsgər”  kitabının təqdimatı olacaq
5 dekabr 2025
# 11:04

Dekabrın 8-i saat 19-da Azərbaycan Dövlət Mahnı Teatrında yazıçı Şərif Ağayarın yeni çapdan çıxmış “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı və imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, ustad aşıq-şair Aşıq Ələsgərlə bağlı esselərin toplandığı kitabın təqdimat mərasimi “Dədə Ələsgər Ocağı” ictimai Birliyinin hesabat konserti ilə birgə keçiriləcək.

Tədbirdə tanınmış söz və elm adamlarının çıxışı, aşıq, müğənni və musiqi qruplarının ifaları nəzərdə tutulub.

“Qanun” nəşriyyatında işıq üzü görən “Mənim tanıdığım Ələsgər” kitabında müəllif Aşıq Ələsgərin həyat və yaradıcılığı barədə öz fikir və qənaətlərini bölüşür. Şeirlərinə fərqli bucaqdan baxmağa çalışaraq, onu daha çox şair kimi xarakterizə edir. Buna görə klassik ədəbiyyatla, xüsusən Füzuli yaradıcılığı ilə orijinal analogiyalar aparır.

Tədbirə giriş sərbəstdir.

# 55 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər